ABŞ-da kütləvi həbslər davam edir
Şəhər polis idarəsinin nümayəndəsi Tim Zollun sözlərinə görə, saxlanılan şəxslər polis idarəsini ələ keçirmək istəyib. Magistral yolu bağlayan 6 nəfər də yolu açmaq barədə tələbi yerinə yetirmədiklərinə görə, polis bölməsinə gətirilib.
Qeyd edək ki, bu ilin avqust ayında ağdərili polisi Ferqüsson şəhərində qaradərili qaradərili Maykl Braun öldürdükdən sonra şəhərdə toqquşmalar və etiraz aksiyaları baş vermişdi. Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.
Eldar Tanrıverdiyev
Teqlər: