Nazirliyə 151 min zəng gəldi

Nazirliyə 151 min zəng gəldi
  15 Oktyabr 2014    Oxunub:1416
Cari ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 151 min 589 və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,73 faiz çox zəng daxil olub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, canlı əlaqə zamanı 140 min 176 sual xarakterli müraciət cavablandırılıb. Müraciətlərin 13,2 faizi qeydiyyat, 12,6 faizi vergi növləri, 12,2 faizi elektron imza, 11,2 faizi elektron xidmətlər, 6,6 faizi əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 3,9 faizi vergi ödəyicisinə göndərilmiş mesajlar, 3,2 faizi büdcə ilə hesablaşmalar barədə olub.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 12 min 290 dəfə vergi borcu, 6 min 900 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə olunub.

Vergi ödəyicilərinə 1 milyon 320 min 528 məlumat xarakterli mesaj göndərilib. Onlardan 1 milyon 307 min 287-si qısa mesaj, 9 min 135-i ikitərəfli mesaj, 4 min 106-ı isə səsli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,02 faiz təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti