Ermənilərdən mediamıza qarşı çirkin oyun
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal “Agos” qəzetində çalışan azərbaycanlı jurnalist Arzu Qeybullayeva haqda mətbuatında yazılan məlumatlara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, S.Ünsal A.Qeybullayevanın Azərbaycan mətbuatında hədəfə alınması haqda ermənilərin səsləndirdiyi iddiaların həqiqəti əsk etdirmədiyini diqqətə çatdırıb:
“Ermənipərəst jurnalistlər qarşı tərəfin fikrini öyrənmədən Arzu Qeybullayevanın Azərbaycan mətbuatında hədəf olduğunu yazıblar”.
A.Qeybullayevaya sadəcə sual verilərək tənqid olunduğunu vurğulayan Sərdar Ünsal bunun normal olduğunu qeyd edib:
“Nə vaxtdan sual vermək, tənqid etmək təhdid kimi qəbul olunur, anlamıram. Bu jurnalistlərin əsas hədəfi Azərbaycan mətbuatı və jurnalistləridir. İllərdir Azərbaycanda jurnalist kimi çalışan Elnur Eltürk adlı dostumuz da bildirib ki, Arzu Qeybullayeva sadəcə olaraq “topraqları ermənilər tərəfindən işğal edilmiş və 1 milyon qaçqını olan ölkənin vətəndaşı erməni qəzetində necə çalışa bilər?” deyilərək tənqid olunub. Bu tənqidi ölüm hədə-qorxusu kimi qəbul etmək doğru deyil”.
Qeyd edək ki, azərbaycanlı jurnalist Arzu Qeybullayeva Türkiyədə ermənilər tərəfində nəşr olunan “Agos” qəzetində çalışır. Adıçəkilən qəzet A.Qyebullayevanın erməni qəzetində çalışdığı üçün Azərbaycan tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir. Qəzet jurnalistin “müdafiəsi kampaniyası”na başlayıb. Kampaniya çərçivəsində Azərbaycanın əleyhinə silsilə yazılar dərc olunur.
Fatimə Kərimli