Ermənistan acizliyini etiraf etdi
Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan iqtisadiyyat naziri Karen Çşmarityan bildirib.
Ermənistan və “Dağlıq Qarabağ Respublikası” arasında gömrük məntəqəsinin yaradılması barədə suala cavab verərkən Çşmarityan vurğulayıb ki, dövlət məmurları artıq bir neçə dəfə buna cavab verib: “Sazişdə bununla bağlı bənd yoxdur. Ermənistan Respublikası tərəfindən imzalanan bütün beynəlxalq sazişlərdə yalnız Ermənistan Respublikasına aiddir və yalnız onun ərazisinə şamil edilir”.
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-daMinskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.
Saziş imzalanan qədər Ermənistan rəsmiləri dəfələrlə Aİİ-yə Dağlıq Qarabağla birgə daxil olacaqlarını bildirirdilər.
Eldar Tanrıverdiyev
Teqlər: