`Belə mitinqdən sonra istefa verməliydilər`

`Belə mitinqdən sonra istefa verməliydilər`
  15 Oktyabr 2014    Oxunub:2008
“12 oktyabrda mitinq adı verdikləri toplantını təşkil edən radikal müxalifət liderləri əgər rəhbərlik etdikləri partiyaların üzvləri qarşısında az da olsa məsuliyyət hiss etsəydilər, bu hadisədən sonra dərhal istefa verməli idilər”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Kaspi” qəzetinə açıqlamasında Milli Şuranın bazar günü keçirdiyi icazəli mitinqə münasibət bildirərkən deyib. Onun fikrincə, bütün fəaliyyəti dövründə xalqın onları dəstəklədiyini iddia edən radikal qüvvələrin hamısının ortaq təşkil etdiyi mitinqə gələnləri sayı min nəfəri keçmirsə, bu, həmin adamların tamamilə iflasa uğradığına işarədir:

- Son mitinq artıq siyasi səhnədən silinmək mərhələsində olan radikal müxalifət başbilənlərinin özlərinin mövcudluqlarını qorumağa cəhd etmək üçün atdıqları olduqca uğursuz addım idi. Bu aksiya ilə bütün xalq və dünya ictimaiyyəti müxalifətin radikal qanadının hansı potensiala sahib olduğuna bir daha şahidlik etdi. Vəziyyət radikallar üçün o qədər vahiməlidir ki, bu aksiyada hətta ictimaiyyətin “dejurni” mitinq iştirakçıları kimi tanıdığı şəxslər belə gözə görünmədi.

Hesab edirəm, bu aksiya bir daha ortaya qoydu ki, radikal qüvvələrin Azərbaycan müxalifətini monopoliyada saxlamaq və bir qrup insanı, gəncləri özlərinin qanunsuz yollarla hakimiyyətə gəlmək planına alət etmək cəhdləri nəticə verməyəcək. Azərbaycan xalqı ölkədə gedən prosesləri dəqiq müşahidə və analiz etmək imkanına malikdir. Bu müşahidələr isə Azərbaycanın Prezident İlham Əliyevin reallaşdırdığı hazırkı siyasi kursla bütün istiqamətlərdə daha böyük uğurlar qazanacağı faktını ortaya qoyur.


Teqlər:





Xəbər lenti