İran və Rusiya gəmiləri Xəzərdə
Təlimlərə Rusiyanın 2 freqatı və İran Dəniz Qüvvələrinin gəmiləri cəlb olunub.
İran Dəniz Qüvvələrinin komandiri Habibullah Səyyari bildirib ki, təimlərin keçirilməsi üçün bir müddətdir ki, rusiyalı həmkarları ilə müzakirələr aparılıb:
"Xəzər dostluq dənizidir. Bura xarici qüvvələr daxil olmamalıdır. Xəzəryanı ölkələrlə birgə çalışaraq, dənizin bizə verdiyi nemətlərdən bütün ölkələr yararlanmalıdır".
Qeyd edək ki, İran hərbi gəmiləri ötən ay Bender Abbas limanında 2 Çin hərbi gəmisilə də birgə təlimlər keçirmişdi.(anspress)
Teqlər: