Daha bir məmuru zibil qutusuna atdılar -VİDEO

Daha bir məmuru zibil qutusuna atdılar -VİDEO
  16 Oktyabr 2014    Oxunub:1672
Ukraynada daha bir məmur etirazçıların hücumunaa məruz qalıb.
Zaporojedə Vilayət şurasının sabiq başçısını zibil qutusuna atıblar.

“Sağ sektor”un fəalları Zaporojenin vilayət şurasının keçmiş rəhbəri Pavel Matviyenkonun kabinetinə zorla giriblər. Etirazçılar “Lyustrasiya!” qışqıraraq siyasətçini yumurta atəşinə tutublar.

Matviyenkonu küçəyə çıxararaq onu zibil qutusuna atıblar.

Qeyd edək ki, Ukrayna Ali Radası Lüstrasiya – “Hakimiyyətin təmizlənməsi haqqında” qanunu qəbul edib. Poroşenko isə bu qanunu təsdiqləyib.(anspress)




Teqlər:





Xəbər lenti