Dərbənddə azərbaycanlı qəhrəmanın büstü dağıdıldı

Dərbənddə azərbaycanlı qəhrəmanın büstü dağıdıldı
  16 Oktyabr 2014    Oxunub:2234
Əslən azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin Dərbənddəki “Boyevoy slavı” parkındakı büstü şəhər meriyası tərəfindən dağıdılıb.
Bu barədə lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Tahirli xəbər verib. T.Tahirlinin sözlərinə görə, Ş.Əliyevin büstünün dağıdılması Dərbənddə yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Bir qrup azərbaycanlı şəhər meriyasının qarşısına yığışaraq meriyadan baş verənlərə görə izahat istəyib. Dərbənd şəhər meriyasından isə bildirilib ki, büstün qoyulduğu yerdə fəvvarə tikiləcək.

“Boyevoy slavı” parkı əvvəllər Ş.Əliyevin adını daşıyıb. Park Dərbənddə şəhər meydanının altında yerləşir. Büst parkdan götürüləndən sonra zibillliyə atılıb. Azərbaycanlılar Şəmsulla Əliyevin büstünü zibillikdən götürüblər. Ş.Əliyevin büstü azərbaycanlılara məxsus kafelərdən birində saxlanılır.

Kapitan Şəmsulla Əliyev Dərbənd şəhərində anadan olub. Ş.Əliyev 1943-cü ilin payızında 309-cu atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini olub. Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak edib.

1943-cü ilin noyabrın 19-da kapitan Ş.Əliyev qəhrəmancasına həlak olub. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilib.


Teqlər:  





Xəbər lenti