Saakaşvili İvanişvilini `diktator` adlandırdı

Saakaşvili İvanişvilini `diktator` adlandırdı
  16 Oktyabr 2014    Oxunub:1749
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili gürcü xalqına çağırış edib.

O, Facebook sosial şəbəkəsində yayılan "Yeni günün vahid platforması" adlı çağırışında öz siyasi baxışından asılı olmayaraq bütün vətəndaşları ölkə və cəmiyyətin inkişafı üçün vahid platforma formalaşdırmağa dəstəyə çağırıb.

Qeyd edək ki, Saakaşvili Gürcüstanda axtarışa verilib. Ölkə prokuroroluğu onu şəxsi ehtiyaclarını ödəmək üçün 5 milyon dollardan artıq dövlət vəsitini mənimsəməkdə ittiham edir.

O, müraciətində sabiq baş nazir və milyarder Bidzina İvanişvilini Gürcüstan dövlətinin inşikafına mane olan əsas şəxs kimi dəyərləndirib. "İvalişvili kollapsı və onun "arzuları" qaçınılmazdır. Biz başa düşməliyik ki, əyalət diktaturasının hər növbəti günü Gürcüstan üçün daha ağrılı olacaq".

Keçmiş prezident yeni Gürcüstanın 7 prioriteti açıqlayıb. Bunlar - təhsil, azad və qorunan vətəndaş, iqtisadi inşikaf, ürəyi yanma, desenteralizasiya, dözümsüzlükdən uzaq olmaq, azad, milli toreant cəmiyyətə söykənən Avropa Gürcüstanı. (ans)



Teqlər:  





Xəbər lenti