87 ton neft hasil olunacaq

87 ton neft hasil olunacaq
  17 Oktyabr 2014    Oxunub:1685
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik olan “Günəşli” yatağındakı 8-ci özüldən 141 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, quyu fasilə lay dəstəsindən, 2954-2940 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 87 ton neft və 8 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.


Teqlər:





Xəbər lenti