Aprel ayında nə qədər benzin ixrac edilib?

Aprel ayında nə qədər benzin ixrac edilib?
  01 May 2013    Oxunub:1271
2013-cü il aprel ayı ərzində neft məhsullarının ixracı haqqında geniş məlumat.
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin aprel ayında 1 min 38 ton avtomobil benzini, 99 min 970 ton dizel yanacağı, 12 min 397 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ümumilikdə, 2013-cü ilin yanvar-aprel ayları ərzində 5 min 509 ton avtomobil benzini, 350 min 298 ton dizel yanacağı, 46 min 565 ton təyyarə yanacağı ixrac edilib. 2013-cü ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 932,62 dollar, təyyarə yanacağının - 902,81 dollar, dizel yanacağının - 856,07 dollar, 1 faizli kükürdlü mazutun - 586,18 dollar təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti