Əsəd İŞİD-in qərargahını məhv etdi

Əsəd İŞİD-in qərargahını məhv etdi
  17 Oktyabr 2014    Oxunub:2156
Suriya ordusu ölkənin şimal-şərqində yerləşən Deyr-əz-Zor vilayətində “İraq və Şam İslam Dövləti” terror təşkilatına məxsus qərargahı məhv edib.
Bu barədə AzVision.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Suriya ordusunun uğurlu hücumları nəticəsində islamçıları koordinasiya mərkəzi məhv edilib. Hərbi əməliyyatlar zamanı xeyli sayda İŞİD yaraqlısının da məhv edildiyi bildirilir. Məlumata əsasən onların böyük əksəriyyəti xarici vətəndaşlardır.

İŞİD yaraqlıları sentyabrın əvvəlindən Deyr-əz-Zor vilayətində Suriya ordusu ilə döyüşlər aparır. İŞİD yaraqlıları Suriya Hərbi Hava Qüvvələrinə məxsus bazanı ələ keçirmək istəyiblər. Lakin Əsədə sadiq qüvvələr nəyinki hərbi bazanı qorumaqla yanaşı bu həftədən etibarən İŞİD yaraqlılarına qarşı hücumlara başlayıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti