Ebola ilə mübarizəyə 54 milyon ayrıldı

Ebola ilə mübarizəyə 54 milyon ayrıldı
  17 Oktyabr 2014    Oxunub:1349
Çinin baş naziri Li Keçyan bəyan edib ki, Çin Ebola virusu ilə mübarizə üçün Qərbi Afrika ölkələrinə əlavə 16 milyon dollar yardım edəcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

10-cu “Asiya-Avropa” sammitində Li Keçyan vurğulayıb ki, Çin beynəlxalq birliklə birgə sona qədər Ebola qarşı mübarizə aparmağa hazırdır.

Qeyd edək ki, Çin artıq Qərbi Afrika ölkələrinə ümumi həcmi 38 milyon dollar dəyərində olan humanitar yardım edib.
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 4447-ə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir.

Ümumilikdə, həftəsonuna qədər Afrikada bu virusa yoluxanların sayı minə çatacağı gözlənilir. Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.

Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.
Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğu vurğulanır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti