Aybəniz Haşımova prezidentə müraciət etdi
AzVision.az əməkdar artistin prezidentə müraciətini təqdim edir:
“Səninlə Fəxr edir Vətən Məlahət Abbasova!
Azərbaycan hər zaman dəyərli övladları ilə fəxr edib. Fəxrimiz,dəyərlimiz, xalqın əsl xalq artisti zirvəsində dayanan,əsl sənətkar xanım Məlahət Abbasova!
Uzun illərdir ki,artıq qardaş ölkədən,ölkəmizin mədəniyyətinə,yorulmadan xidmət edir. Azərbaycanın ölməz əsərləri məhz ilk dəfə Məlahət xanım tərəfindən Türkiyə səhnəsində gerçəkləşib. Onun ilk işi, B.Vahabzadənin “İkinci səs” əsəri, Həsən Həsənovun “Brukseldən məktublar”, Elçinin “Qatil”, Şekspir və Arilar arasinda əsərlərini repertuarına salmış, səhnələşdirmiş və bu uğurlu nəticədən sonra əsərlər yeddi mükafa layiq görülmüşdür. Hazırda isə Elçinin “Teleskop” əsərinin üzərində çalışır. Ən son çalışması isə Hüseyn Cavidin “İblis” əsərinin bədii şuraya verilməsi və qəbul olunduqdan sonra ən böyük arzusu rejissor kimi bu əsəri səhnəyə qoymaqdır. Gələcək planları Cəlil Məmmədquluzadənin iki ölməz əsəri “Ölülər” və “Dəli yığıncağı”dır. Əslində içimdən səs deyir ki,bacım, qayıt gəl öz səhnəmizə, cçnki sənin kimi yüksək sənətkarın burda olmaması ən azından çox böyük bir itkiyə səbəbdir.Amma,düşünəndə ki, Məlahət xanımın sayəsində Türkiyənin ən böyük şəhər teatrında böyük yazarlarımızın əsərləri təqdim olunur,təbii ki,qürurvericidir. Mən Məlahət xanımı hələ yeniyetmə yaşlarımdan tanıyıram. Biz bərabər eyni filmdə kino tarixinə Məlahət xanım aktrisa kimi adını yazdırıb, mən isə onun obrazında səslənən dahi Tofiq Quliyevin əsərlərini dirijor skripkanin müşaiyəti və Moskva sinfonik orkestr ilə ifa etmişəm. Əslində uzaq tarixdən bizə əl edən uğurlar,bu gün bizi çox xoşbəxt və üzümüzü ağ edir. Ən azından bizdə nəisə edə bilmişik xalqımız üçün deməyə üzümüz var. Məlahət Abbasova canlı tarix və əfsanədir. O, əfsanəki yalnız nağıllarda deyil, həm də bizim taleyimizdə və vətənimizdədir!
Məlahət Abbasova kimi dəyərli sənətkarları zamanında qiymətləndirməliyik. Onun kimi sənətkarların, xalqından tək bir istəyi var, o da sevgidir. Amma,bizdə o sevgiyə qarşılıq verməliyik axı. Mən inanıram ki, yaxın zamanda Məlahət xanım Abbasova ölkəmizin əziz prezidenti tərəfindən birbaşa xalq artisti kimi yüksək dövlət tituluna layiq görüləcək.Qoy qardaş Türkiyədə görsün ki,Məlahət xanım bizim üçün nə qədər gərəkli və dəyərlidir.Sonda əziz bacım, çox sevdiyim sənətkar Hüsey Cavidin “İblis” əsərini Türkiyə səhnəsində səhnələşdirmək məsələsini irəli sürdüyünə görə sənə sonsuz təşəkkür edirəm. Ruhu duaçin olsun”.