"Amrahbank" mətbuatı məhkəməyə verir
Bankdan Trend-ə verilən məlumata görə, daim öz müştərilərinin məmnunluğunu düşünən "Amrahbank" Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini həyata keçirməyə xüsusi diqqət verir. Bunun göstəricisi olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən təyin edilimiş məcmu kapital normasını icra edib. Belə ki, PWC Audit Şirkəti tərəfindən təsdiq edilmiş audit hesabatında bu məsələ öz təsdiqini tapıb. Bu gün isə “Amrahbak”ın məcmu kapitalı 55,5 milyon manatı keçib. Bankın aktivləri keçən ilin müvafiq dövrünə nisbətdə 40% artaraq 160 milyon manata çatıb. Bankın bu il ərzindəki mənfəəti isə 4 milyon 986 min manat təşkil edib.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.
"Amrahbank" haqqında həqiqətə uyğun olmayan, işgüzar nüfuzuna xələl gətirən informasiyalar yayan media orqanlarına qarşı hüquq müstəvisində tədbirlər həyata keçiriləcək, müvafiq media orqanına qarşı məhkəmə iddiası qaldırılacaq.
AzVision.az
Teqlər: