Poroşenko: “Qazla bağlı razılaşma əldə olunub”

Poroşenko: “Qazla bağlı razılaşma əldə olunub”
  17 Oktyabr 2014    Oxunub:1341
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, “Normand” formatında keçirilən danışıqlar zamanı qaz sövdələşmələrinin baza parametrləri razılaşdırılıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukrayna tərəfi hazırda borcların ödənilməsi üzrə maliyyə mənbələrinin axtarışı ilə məşğuldur.

Sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın görüşü də keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti