Səddam Hüseynin 33 il əvvəlki gizli planı
Səddam intiqam andı içmişdi
Səddam Hüseyn o hücumdan sonra intiqam andı içdi və bir plan hazırladı. Planı İsrail Baş nazirini qaçırmaq idi. Çünki İsrailin bombaladığı reaktorun heç bir hərbi əhəmiyyəti yox idi.
İraq lideri İsrail Baş naziri Beqini qaçırmaq üçün hərəkətə keçdi. Plan hazırlandığı vaxt Qərb liderlərdən birinin araya girməsi ilə Səddam Hüseyn son anda bu addımdan imtina etdi.
33 il əvvəlki plan
Səddamın keçmiş hüquq məsləhətçisi olan Arif Bədi o dövr yaşananları "Əl-Qüds Al-Ərəbi" qəzetinə verdiyi reportajda açıqlayıb. Səddamın 33 il əvvəlki planı keçmiş hüquq məsləhətçisinin açıqlaması ilə üzə çıxmış olub.
Qərb liderləri bu fikirdən daşındırdılar
Bədi planı Səddamın kəşfiyyat danışıqlarından eşitdiyini, Menakem Beqini qaçırmaq üçün bəzi fələstinli qruplarla ünsiyyətə keçəndə söylədiyini bildirib. Plana görə fələstinlilər İsrail Baş nazirini qaçıracaq, sonra da Bağdada gətirəcəklərdi.
Ancaq Səddamın keçmiş məsləhətçisi olan Bədi daha sonra qərbli bir liderin Səddam Hüseynlə əlaqə saxlayaraq onu bu fikrindən daşındırdığını vurğulamışdı.
Teqlər: