Əsir götürülən 200 qız qaytarılır

Əsir götürülən 200 qız qaytarılır
  18 Oktyabr 2014    Oxunub:1732
Nigeriya hökuməti “Boko Haram” terror təşkilatı ilə razılığa gəlib.
AzVision.az xəbər verir ki, razılığa əsasən, terror təşkilatının girov götürdüyü 200 qız şagirdi geri qaytaracaq, sülh və sabitliyin bərpası üçün atəşkəs elan olunacaq.

Nigeriya Milli İnformasiya Mərkəzinin Koordinatoru Mayk Omeri bildirib ki, atəşkəs bu gündən qüvvəyə minir. O vurğulayıb ki, təşkilat üzvləri də müzakirələrdə və problemlərin həllində fəal olublar.

Nigeriyanın şimal-şərqində “Boko Haram”ın 6 ay ərzində təşkil etdiyi hücumlarda təhlükəsizlik qüvvələri əməkdaşları da daxil olmaqla 2 mindən çox adam həlak olub.

5 ildir ki, Nigeriyada hücumlar təşkil edən “Boko Haram” ölkənin Borno, Yobe və Adamava əyalətlərində çoxlu sayda şəhər və qəsəbədə idarəçiliyi ələ keçirib, xilafət dövlətini yaratdığını elan edib. Bundan başqa 200-dən çox qız şagirdi girov götürən təşkilat bu addımını qızların təhsil almasına qarşı çıxmaqla əsaslandırıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti