Erməni köçü başladı: Rusiya qəbul edəcəkmi?

Erməni köçü başladı: Rusiya qəbul edəcəkmi?
  18 Oktyabr 2014    Oxunub:2524
Son günlər Rusiyaya getmək üçün Miqrasiya Xidmətinə müraciət edənlər çoxalıb.
Bu barədə Ermənistan Miqrasiya Xidmətinin sədri Qaqik Yeqanyan deyib.

Onun sözlərinə görə, 2500 erməni Ermənistan Miqrasiya Xidmətinə müraciət edib. Onlar sənədləri qaydaya salaraq Rusiyaya getmək istəyirlər.

Yeqanyanın sözlərinə görə, hələlik 250 erməninin Rusiyaya girişinə icazə verilib və proses davam etdirilir.

"Bizə demək olar ki, hər gün Rusiyaya getmək üçün Ermənistan vətəndaşları müraciət edir. Bu işlə məşğul olmaq üçün ayrıca şöbə yaradılmasını tapşırmışam", - deyə sədr bildirib.

Erməni ekspertlər hesab edirlər ki, son günlər Rusiyaya getmək istəyən ermənilərin sayının artması Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə əlaqəlidir.

Qeyd edək ki, Rusiya miqrasiya haqqında qanunun sərtləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi. 30 min erməninin ölkəyə girişi qadağan edilib.(Ans)


Teqlər:





Xəbər lenti