`Dünyanın heç bir yerində bu qədər amnistiya yoxdur` - Ombudsman

`Dünyanın heç bir yerində bu qədər amnistiya  yoxdur` - Ombudsman
  18 Oktyabr 2014    Oxunub:1272
Azərbaycanda cəzaçəkmə müəssisələrində insan hüquqlarının təmin olunmasına münasibət xeyli dəyişib.
Bu barədə jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova vurğulayıb ki, əvvəllər cəzaçəkmə müəssisələrində şərait, qidalanma, sağlamlıq, zorakılıq baxımından dəhşətli vəziyyət olub: “Bu gün isə vəziyyət tam dəyişib. cəzaçəkmə müəssisələrində saxlanma qaydaları dəyişib, məhkum edilmiş şəxslər yalnız məhkəmənin təyin etdiyi qədər cəza ala bilərlər, ondan artıq heç kim onlara cəza verə bilməz. Cəzaçəkmə müəssisələrində zorakılıq halları çox azalıb. Bu, bizi sevindirir. Cəzaçəkmə müəssisələrində islah üçün normal şərait yaradılıb”.

Ombudsman bildirib ki, bu gün Azərbaycanda 57-ci dəfədir ki, əfv sərəncamı icra olunur: “Bu sərəncamlar əsasında minlərlə insan ailələrinə qovuşub. Bundan əlavə, ölkədə 10 dəfə amnistiya elan edilib. Bu, dünyanın heç bir yerində görünməyən haldır”.(trend)


Teqlər:  





Xəbər lenti