`Amerikanın Səsi`ndən erməni işğalçılığına dəstək

`Amerikanın Səsi`ndən erməni işğalçılığına dəstək
  18 Oktyabr 2014    Oxunub:1710
"Amerikanın Səsi" radiosu ermənilərin maraqlarını qabardan film çəkib. Bu barədə Ermənistanın əksər media orqanları xəbər yayıb. "Qarabağ: Müharibə təhlükəsi altında sülh şəraitində həyat" adlanan film haqqında geniş məlumat verilməsə də, bildirilir ki, film Qarabağ ermənilərinin mövqeyini əks etdirir.
Onlar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gedən danışıqlar barədə heç eşitmək belə istəmirlər: "Beynəlxalq ictimaiyyət üçün sadəcə coğrafi ərazi kimi görünən bu yerlər bizlər üçün müqəddəs vətəndir", filmin müəllifi Dağlıq Qarabağda yaşayan ermənilərdən birinin fikrindən sitat gətirir. Maraqlidir ki, bu film haqqında erməni mediası sadəcə bir-iki kəlmə yazmaqla kifayətlənib. Filmin ssenari müəllifi, rejissoru, maliyyə mənbəyi haqqında heç bir məlumat verilmir. Əlbəttə, bu təsadüfi deyil.

Onu da xatırladaq ki, "Amerikanın Səsi"nin Azərbaycan bölməsi də fəaliyyətdədir. Təbii ki, Azərbaycan bölməsində çalışanların Azərbaycanın mövqeyindən çıxış edərək, belə bir mövzuda film çəkməsi mümkün olan iş deyil. Ancaq ABŞ-ın media orqanı ermənilərə münasibətdə aşırı loyallıq nümayiş etdirir ki, bu da rəsmi Vaşinqtonun ənənəvi erməni sevgisindən qaynaqlanır. (musavat.com)


Teqlər:  





Xəbər lenti