Jurnalistlər “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmiləri ilə tanış edilib, onların döyüş qabiliyyəti, silahları barədə məlumat verilib.
Bildirilib ki, “Dağıstan” böyük raket gözətçi gəmisi 2012-ci ildə, “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmisi isə ötən ildə silahlanmaya qəbul edilib. Bunlar texniki göstəricilərinə görə “Tatarıstan” gəmisi ilə birlikdə Xəzər dənizində ən güclü hərbi gəmilərdir.
Səfər oktyabrın 19-da başa çatacaq.
AzVision.az