Ərdoğana `Şərəf` medalı verildi

Ərdoğana `Şərəf` medalı verildi
  19 Oktyabr 2014    Oxunub:1497
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Əfqanıstan prezidenti Əşrəf Qəni Əmədzai ilə Kabildə görüşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Əfqanıstan prezidenti Ərdoğana Şərəf medalı bağışlayıb. Ərdoğan həmin medalı taxaraq mətbuat konfrasında iştirak edib.

Qısa bir zaman kəsiyində əfqan xalqının ilk dəfə səs çoxluğu ilə yeni prezident seçdiklərini dilə gətirən Ərdoğan, xalqın iradəsinin sayəsində Əfqanıstanda milli hökümətin formalaşdığını vurğulayıb. Ərdoğan Əfqanıstanlı həmkarını jurnalistlərin qarşısında təbrik edib və ona uğurlar arzulayıb.

Türkiyənin 1920-ci illərdəki çətin durumunda böyük dayağına çevrilən Əfqanıstan hökümətinə təşəkkür edən prezident qeyd edib ki, Əfqanıstan xalqının apardığı mübarizələrdə Türkiyə həmişə bu ölkənin yanında olub və olacaq.

Ərdoğan vurğulayıb ki, 2015-2016-cı illərdə açılması nəzərdə tutulan Kabil Havalimanı ilə bağlı işlər görülür. O, bildirib ki, Türkiyə bu işin həyata keçirilməsi üçün bütün imkanlarından istifa edəcək və Hava limanının açılması istiqamətində sürətli şəkildə işlər görülür.

Türkiyə prezidenti Əfqanıstana səfəri çərçivəsində icra nümayəndələri ilə də görüşüb.

Qeyd edək ki, Ərdoğan Kabilə 2005-ci ildə baş nazir olarkən səfər etmişdi.



.


Teqlər:  





Xəbər lenti