Poroşenko Putinlə razılığa gəldi

Poroşenko Putinlə razılığa gəldi
  19 Oktyabr 2014    Oxunub:2036
Ukraynanın Donbas regionunda keçiriləcək seçkilərin nəticələri nə Kiyev, nə də Moskva tərəfindən tanınmayacaq.
Ukrayna prezidenti Pyotr Poroşenko ötən gün regionda başladılan seçki kampaniyasına münasibət bildirərkən belə deyib.

“Bu saxta seçki kampaniyası Ukrayna qanunlarına qarşı hörmətsizlik olmaqla yanaşı, atəşkəs rejimini də pozur. Heç bir beynəlxalq nəzarətçilər olmadan keçiriləcək olan seçkilərin nəticələri Milandakı sammit iştirakçıları tərəfindən qəbul olunmayacaq” - deyə Poroşenko qeyd edib.

Poroşenko bir qədər əvvəl rusiyalı həmkarı Vladimir Putin ilə İtaliyanın Milan şəhərində keçirilən Avropa-Asiya sammiti çərçivəsində görüşmüşdü.

Donbas regionunda separatçı liderlər noyabrın 2-sinə planlaşdırılan seçki kampaniyasına strat veriblər. Özlərini Donetsk Xalq Respublikası elan edən qurumun regionun rəhbəri vəzifəsinə ən ideal namizədi isə, Aleksandr Zaxarçenkodur. Zaxarçenko ötən gün seçki kampaniyası çərçivəsində Novoazovsk şəhərində tərəfdarları ilə görüşlər keçirib.

Poroşenko tezliklə Rusiya ilə sərhədlərə nəzarətin bərpa olunacağını da qeyd edib.

Ukrayna Rusiya ilə təbii qaz sövdələşməsində də razılığa gəlib. Dövlət başçısı qeyd edib ki, rəsmi Moskva 2015-ci ilin mart ayına qədər 1000 kub metri 385 dollar olmaqla Ukraynaya təbii qaz ixrac edəcək. “Onu deyə bilərəm ki, Ukraynanın qazı və istiliyi təmin olunacaq” - deyə Poroşenko əlavə edib.

Ukraynanın hökumət qüvvələri ilə separatçılar arasında qarşıdurmalar ötən gün də davam edib. Budəfəki qarşıdurmalar Luqansk vilayətində qeyd alınıb. Məlumata görə, hökumət qüvvələri separatçıların hücumlarının qaşrısını alıblar. Qarşıdurmalar zamanı qeydə alınan insan itkisi barədə açıqlama verilməyib. Bu barədə BBC telekanalı məlumat yayıb. (ans)


Teqlər:





Xəbər lenti