Davudoğlunun iclasına təcili yardım çağırıldı

Davudoğlunun iclasına təcili yardım çağırıldı
  20 Oktyabr 2014    Oxunub:1958
Türkiyə baş naziri Əhməd Davudoğlunun kürd problemini həll etmək üçün yaradılmış Aqil İnsanlar Heyətində keçirdiyi iclas zamanı problem yaşanıb.

AzVision.az ans-ə istinadən məlumat verir ki, iclas əsnasında Şərqi Anadolu Bölgəsi Komissiyasının üzvü Abdurrahman Dilipakın halı pisləşib.

Təzyiqi yüksələn Dilipak iclas davam edərkən təcili yardım maşını ilə xəstəxanaya qaldırılıb. Xəstəxanada müainə edilən Dilipak vəziyyəti düzəldikdən sonra iclasa yenidən qatılmaq üçün Dolmabağçada yerləşən Baş Nazirlik binasına gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti