Azərbaycanın bir addımlığında Ebola təhlükəsi

Azərbaycanın bir addımlığında Ebola təhlükəsi
  20 Oktyabr 2014    Oxunub:2941
İran İslam Respublikası Ebola virusu ilə mübarizə məqsədilə xüsusi tədbirlər olanı hazırlayıb.
İSNA agentliyi xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib. Onun sözlərinə görə, ölkənin iki böyük aeroportunda Afrika qitəsi və Ebola virusunun aşkar olunduğu digər ölkələrdən gələn insanları müayinə etmək məqsədilə xüsusi təyinatlı tibb mərkəzləri yaradılıb.

Bütün sərhəd-keçid məntəqələrində ölkəyə gələn vətəndaşlara təlimatlar verilir və müayinə olunur.

Qeyd edək ki, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.


Teqlər:





Xəbər lenti