“Serj Sarkisyan prezident deyil” – erməni deputat

“Serj Sarkisyan prezident deyil” – erməni deputat
  20 Oktyabr 2014    Oxunub:2479
“Ermənistanın “İrs” partiyasından olan deputat Zauri Postandcyan parlamentdə çıxışı zamanı Serj Sarkisyanın ölkə prezidenti olmadığını bəyan edib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə,bu sözlərdən sonra deputatın çıxışı yarımçıq kəsilib.

Hadisə bu gün keçirilən parlament iclası zamanı baş verib.

“Öncə demək istəyirəm ki, Serj Sarkisyan Ermənistan prezidenti deyil. O yalnız qruplaşma başçısıdır”, – deyə Postandcyan bildirib. Bu zaman Ermənistanın hakim “Respubika” partiyasının deputatları onun sözünü kəsməyə başlayıblar.

“Əgər o prezidentdirsə, onda onun parlamentə göstəriş verməyə haqqı yoxdur”, - deyə müxalif deputat vurğulayıb. Bu zaman deputatın mikrofonu söndürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti