Qırğızıstan da “Yeni SSRİ”yə üzv olmaq niyyətindədir

Qırğızıstan da “Yeni SSRİ”yə üzv olmaq niyyətindədir
  21 Oktyabr 2014    Oxunub:1795
Qırğızıstan 2015-ci ilin yanvarın birindən etibarən Gömrük və Avrasiya İqtisadi İttifaqına üzv olmaq barədə niyyətini açıqlayıb.
AzVision.az-ın Rusiya İKİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko bildirib.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Qeyd edək ki, oktyabr ayının 10-da Minskdə Avrasiya İqtisadi İttifaqının iclasında Ermənistanın bu quruma üzvlüyü haqqında sənəd imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti