İŞİD döyüş taktikasını dəyişdi

İŞİD döyüş taktikasını dəyişdi
  21 Oktyabr 2014    Oxunub:2405
Kobanidə bir aya qədər davam edən hücumlardan sonra nəticə əldə edə bilməyən İraq və şam İslam Dövləti (İŞİD) yaraqlıları döyüş taktikasını dəyişib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Məlumata əsasən, İŞİD yaraqları Kobanidən geri çəkilərək yenidən yezidilərin olduğu Sincar bölgəsinə hücuma keçiblər. Artıq bu bölgədə yezidilər və kürdlər arasında döyüşlər də başlayıb.

Bölgəni iki ay müddətinə İŞİD-dən qoruyan Yezidi birləşmələr iki kəndin terror təşkilatı tərəfindən ələ keçirildiyini bildirib. Bölgədə yaşayan insanların ibadət evlərinə sığındığı vurğulanır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti