Sarkisyan Əliyevlə görüşə hazırlaşır
Bu barədə AzVision.az “Aykakan-Jamanak” qəzetinə istinadən xəbər verir.
Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Anri Reno jurnalistlərə açıqlamasında Fransa prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşünün keçirilməsi təklifini tərəflər arasında inamın artırılması, həmçinin sərhəddə hərbçi və mülki vətəndaşların ölümünün qarşısının alınması üçün edib. Səfirin sözlərinə görə, Fransa tərəfi danışıqlar prosesinə yeni stimul vermək istəyir.
Parisdə keçiriləcək görüşdə ATƏT-in Minsk qrupunun digər iki həmsədri də iştirak edəcək. “Tərəflər sazişin necə olacağına dair özləri qərar verməlidir. Həmsədrlər onlara kömək edir, lakin onların əvəzinə qərar verə bilməz”, - deyə Reno bildirib.
Eldar Tanrıverdiyev