Saakaşvili Amerikanın dəstəyinə inanır - FOTOLAR

Saakaşvili Amerikanın dəstəyinə inanır - FOTOLAR
  02 May 2013    Oxunub:1135
Vaşinqtonda dövlət katibi Gürcüstan prezidenti arasında görüş səmimi abu-havada keçib.
Ötən gün ABŞ Dövlət katibi Con Kerri ölkəsinə rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvilini qəbul edib, Gürcüstanda gedən demokratik prosseslərin əhəmiyyətini bir daha vurğulayıb.

“Gürcüstanda davam edən demokratiyaya keçid dövrü olduqca əhəmiyyətlidir və buna görə də biz çalışmalıyıq ki, bu prosses öz yolu ilə getsin”, - deyə Kerri Saakaşvilinin bu ilin payızıda sona çatacaq prezidentlik müddəti haqqında sualları cavablandırarkən bildirib.

Öz növbəsində Saakaşvili də Amerika səfərinin ölkəsi üçün olduqca kritik və önəmli bir dövrə təsadüf etdiyini deyib və ABŞ-ın Gürcüstanın NATO-ya üzvlük məsələsində dəstəyini əsirgəməyəcəyini bir daha vurğulayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti