İŞİD-dən ABŞ-a zərbə: 424 milyon

İŞİD-dən ABŞ-a zərbə: 424 milyon
  22 Oktyabr 2014    Oxunub:2253
ABŞ “İraq və Şam İslam Dövləti” terror təşkilatına qarşı hərbi əməliyyatlara ümumilikdə 424 milyon ABŞ dolları xərcləyib.
AzVision.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Avqustun 8-dən etibarən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “İraq və Şam İslam Dövləti” yaraqlılarının mövqelərinə aviazərbələr endirib. Kirbi bildirib ki, ABŞ İŞİD-lə mübarizəyə gündə 7,6 milyon ABŞ dollar xərcləyir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti