Erməni iş adamı Meksikada öldürüldü

Erməni iş adamı Meksikada öldürüldü
  22 Oktyabr 2014    Oxunub:1909
Meksikanın Baha ştatında erməni əsilli iş adamı Ayk Ruşayan qətlə yetirilib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Hadisə ölkənin Ensenada şəhərində baş verib. 38 yaşlı iş adamı restorandan çıxıb, maşınına əyləşən zaman naməlum şəxslər onu atəşə tutub. Qət hadisəsi ötən həftə, cümə günü törədilib.

Ölümündən bir neçə müddət əvvəl iş adamı “Banameks” bankındakı hesabından böyük məbləğdə pul çıxarıb. Hazırda Meksika polisi cinayətkarların axtarış işlərinə başlayıb.

Qeyd edək ki, erməni iş adamı tullantıların emalı üzrə şirkətin rəhbəri olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti