Müdafiə naziri istefa verdi

Müdafiə naziri istefa verdi
  22 Oktyabr 2014    Oxunub:2030
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.
Görüşdə dövlət başçısı bildirib ki, o, müdafiə naziri Serik Əhmədovun ərizəsi əsasında onun istefasını qəbul edib.

Sonra Qazaxıstan Prezidenti yeni müdafiə naziri İmanqali Tasmaqambetovu nazirliyin rəhbər heyətinə təqdim edib. İ.Tasmaqambetov daha əvvəl Astana şəhərinin akimi (meri) vəzifəsini tutub.

Nursultan Nazarbayev yeni mer Adilbek Caksınbekovu Astana şəhərinin fəallarına təqdim edib. A.Caksınbekov daha əvvəl Qazaxıstan Respublikasının dövlət katibi vəzifəsində çalışıb.(Azərtac)


Teqlər:





Xəbər lenti