Türkiyə İŞİD-ə qarşı ordu göndərməyəcək – Davudoğlu

Türkiyə İŞİD-ə qarşı ordu göndərməyəcək – Davudoğlu
  23 Oktyabr 2014    Oxunub:1608
Türkiyə Suriyanın Kobani şəhərinin “İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları tərəfindən ələ keçirilməsini istəmir, lakin rəsmi Ankara şəhərin müdafiəsi üçün ora öz ordusunu göndərməyəcək.
AzVision.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Baş nazir Kobani də daxil olmaqla Suriyanı dünya dövlətlərinin geosiyasi oyununda şahmat fiqurlarına bənzədib.

O, Kobaniyə getmək üçün İraqdan gələn kürd yaraqlarının ölkə sərhədlərindən keçərək Suriyaya getməsinə icazənin verilməsini Türkiyənin Kobaniyə yardımı kimi dəyərləndirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti