100 İŞİD-çi təslim oldu, 3-ü öldürüldü

100 İŞİD-çi təslim oldu, 3-ü öldürüldü
  23 Oktyabr 2014    Oxunub:2076
İraqın Mosul şəhəri yaxınlığında peşmərgə qüvvələri ilə İŞİD arasında baş verən qarşıdurmada bir əmir və iki yüksək rütbəli İŞİD hərbçisi öldürülüb.
AzVision.az xəbər verir ki, öldürülən əmir Əbu Kahtan ləqəbli Əbdülbari Hakavidir.
Peşmərgə qüvvələrinin yaydığı məlumata görə, öldürülən hərbçilərdən biri sakinlər arasında tutulanların başını kəsən şəxs kimi tanınır.

Öldürülənlərdən birinin isə əmirin köməkçisi Mahr Əbu Casm olduğu iddia edilir.
CENTCOM-un açıqlamasına görə, ötən gün və bu gün İŞİD-in Suriya və İraqdakı mərkəzlərinə 18 hava hücumu edilib.

Digər məluata görə, İraqın Babil şəhərində 100 nəfər İŞİD-çi İraq ordusuna təslim olub. Bu barədə Təhlükəsizlik Komitəsinin sədri Tamer Teban məlumat verib:
“Bağdadın yaxınlığındakı Babil şəhərində 100 İŞİD-çi silahları ilə birgə təslim olub”.


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti