Ermənistanın valyuta ehtiyatları tükənib

Ermənistanın valyuta ehtiyatları tükənib
  23 Oktyabr 2014    Oxunub:1639
Ermənistan beynəlxalq valyuta ehtiyatlarını təhlükəli qırmızı xəttə qədər xərcləyib.
AzVision.az-erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

O, xatırladıb ki, beynəlxalq praktikaya əsasən beynəlxalq valyuta ehtiyatları yarım il ərzində milli idxalın həcminin göstəricisindən aşağı olmamalıdır.

Bundan sonra Ermənistandakı real durumu gözlər önünə sərib: “2013-cü ildə idxalın həcmi 4 milyard 476 milyon və ya yarım il ərzində isə 2, 238 milyon dollar olub. Ermənistanın beynəlxalq valyuta ehtiyatları 2014-cü ilin əvvəlində 2 milyard 113 milyon, bu ilin sentyabr ayında isə 1Milyard 663 milyon dollar olub.. Yəni cəmi 6 ay ərzində Mərkəzi bankın valyuta ehtiyatları 550 milyon dollar azalıb. Bu Ermənistan iqtisadiyyatı üçün bəlirlənən qırımız xətdən 575 milyon dollar aşağıdır.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti