Ebola ilə mübarizəyə 100 milyon avro

Ebola ilə mübarizəyə 100 milyon avro
  23 Oktyabr 2014    Oxunub:1176
Fransa hökuməti Ebola virusu ilə mübarizə üçün 100 milyon avro ayıracaq.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Fransa Qərbi Afrikada geniş ərazilərdə yayılan Ebola virusuna qarşı aktiv mübarizə aparan ölkələrdən biridir. Hökumətin iclası zamanı Fransa prezidenti Fransua Ollandın təklifi Qvineyaya 100 milyon avro miqdarında yardım ayrılması barədə qərar verilib”, - deyə məlumatda bildirilir.

Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 4877-ə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda bildirilir.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.

Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev



Teqlər:





Xəbər lenti