Rəsul Cəfərovun həbs müddəti artırıldı

Rəsul Cəfərovun həbs müddəti artırıldı
  23 Oktyabr 2014    Oxunub:1654
Oktyabrın 23-də Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun istintaq müddətindəki həbsinin uzadılması ilə bağlı proses keçirilib.
RATİ-nin hüquqşünası Günay İsmayılovanın "Azadlıq" radiosuna bildirdiyinə görə, məhkəmə Rəsul Cəfərovun daha 3 ay həbsdə qalması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, avqustun 8-də Rəsul Cəfərovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Ona qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti