Paris görüşünün detalları açıqlandı

Paris görüşünün detalları açıqlandı
  25 Oktyabr 2014    Oxunub:1454
Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü barədə açıqlama yayılıb.
AzVision.az -ın məlumatına görə, “Frans press” agentliyi, Fransa prezidentinin dəftərxanasına istinadən xəbər verir ki, İlham Əliyev və Serj Sarkisyan fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə görüş oktyabrın 27-də Yelisey sarayında olacaq. “Görüşün məqsədi iki ay əvvəl qeyd alınmış gərginlikdən sonra tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqa kömək etməkdir” - deyə açıqlamada bildirilir.

Fransua Olland əvvəlcə prezidentlərlə ayrı-ayrılıqda, sonra isə 3 tərəfli görüş olacaq. Daha sonra isə Minsk Qrupunun həmsədrləri də görüşə qatılacaqlar. Yelisey sarayında üç dövlət başçısının Qafqazın gələcəyinə dair daha geniş mövzu ətrafında diskussiyalar aparacaqları xəbər verilir. (ANS)


Teqlər:  





Xəbər lenti