Toy yasa çevrildi: bəy oynadığı yerdə öldü

Toy yasa çevrildi: bəy oynadığı yerdə öldü
  25 Oktyabr 2014    Oxunub:6707
Bu gün axşam saatlarında Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Hindarx kəndində toy mərasimi yas mərasiminə çevrilib. Belə ki, kənd sakini, 32 yaşlı Məmmədov Niyaməddin Nahid oğlu öz toyunda oynayan zaman səhhəti qəfil pisləşib.

Dərhal xəstəxanaya aparılan N. Məmmədov yolda keçinib. N. Məmmədovun yaxınları əvvələr onun səhhətində heç bir problemin olmadığını bildiriblər.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.(APA)


Teqlər:





Xəbər lenti