“Ermənistan iqtisadi böhran ərəfəsindədir” - Nazir

 “Ermənistan iqtisadi böhran ərəfəsindədir” - Nazir
  25 Oktyabr 2014    Oxunub:1548
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində ABŞ və ərəb ölkələri neftin qiymətini aşağı salıblar ki, bu da Rusiya iqtisadiyyatına birbaşa zərbədir.
Bu barədə AzVision.az Ermənistanın “Çorrord işxanutyun”qəzetinə istinadən xəbər verir.

Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan məsələ ilə bağlı açıqlamasında bildirib: “Rusiya iqtisadiyyatındakı tərəddüdlər birbaşa olaraq Ermənistan iqtisadiyyatına təsir edir. Hazırda Rusiyanın özü mövcud vəziyyəti qiymətləndirməkdə çətinlik çəkir. Konkret olaraq Ermənistan üçünsə vəziyyətin sağlam şəkildə qiymətləndirmək hazırda qeyri-mümkündür. Biz yalnız mövcud vəziyyətin Ermənistana mənfi təsir edəcəyini deyə bilərik. Lakin konkret olaraq nəsə demək olduqca çətindir”.

İqtisadi inkişaf artımı və ya kəskin şəkildə dəyişilmə gözlənilirmi sualına cavab olaraq nazir müavini bildirib ki, neftin qiymətinin aşağı düşməsi tendensiyası davam etsə, bunun mənfi nəticələri olacaq: “ Qəti olaraq mənfi təsir olacağını demək olar .Lakin bunun Rusiyada hansı həcmdə olacağı və bu prosesin Ermənistana necə təsir edəcəyinə dair nəsə demək olduqca çətindir. Bu prosesi müəyyənləşdirmək üçün mövcud alətlər yoxdur”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti