Ukraynada parlament seçkiləri keçirilir

Ukraynada parlament seçkiləri keçirilir
  26 Oktyabr 2014    Oxunub:1159
Bu gün Ukrayna Ali Radasına seçkilər keçirilir.
APA-nın Ukraynanın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri saat 8-dən 20:00-a qədər fəaliyyət göstərəcək.

Ukraynada 36,5 milyon seçici kimi qeydiyyatdan keçib.

Ukrayna Ali Radasında 450 deputat yeri var. Deputatların yarısı majoritar, yarısı isə proporsional sistemlə seçilir. Partiyaların proporsional sistemlə mandat qazanması üçün ən az 5 faiz səs toplaması lazımdır.

Ölkə Prezidenti Petro Poroşenko bu seçkiləri “tarixi seçki" adlandırıb. O, ukraynalıları “gələcək və islahatlar naminə” seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyi səsvermə günü təhlükəsizliyin təmin olunması üçün 140 mindən çox polis və təhlükəsizlik əməkdaşının cəlb edildiyini bildirib.

Ukrayna Mərkəzi Seçki Komissiyası Rusiyayönümlü qüvvələrin nəzarətində olan Luqansk və Donetskidə seçkinin keçirilməsi imkanın olmadığını açıqlayıb. Donetskdə məcburi köçkünlərin yaşadıqları ərazidəki 12, Luqanskda isə 5 səyyar məntəqəyə bülleten göndərilsə də, orada seçkilərin baş tutub-tutmayacağı hələ sual altındadır.



Teqlər:





Xəbər lenti