Direktorun evindən 20 kq narkotik tapılıb
Sayt məlumatla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, bu barədə onlara məlumat daxil olmayıb.
“Azadlıq” qəzeti dəqiqləşdirmə aparmaq üçün rayondakı mənbələrlə əlaqə saxlayıb və belə məlumat alıb ki, direktor Ə.Rzayev Şirvan xəstəxanasındadır. Onun evində axtarış aparılıb və 20 kq narkotik maddə aşkarlanıb.