Fransa Ermənistan qardaşlığı möhkəmlənir

Fransa Ermənistan qardaşlığı möhkəmlənir
  02 May 2013    Oxunub:1075
Fransa Rusiyadan sonra Ermənistanın iqtisadiyyatına küllü miqdarda investisiya yatıran ikinci, Qərb ölkələri arasında isə birinci ölkədir.
Fransanın maliyyə təşkilatı Proparco-nun Ermənistanda nümayəndəliyi açılıb. Belə ki, Ermənistan hökuməti mayın 2-də keçirilən iclasında Proparco Maliyyə İnkişafı Agentliyinin Yerevanda nümayəndəliyinin açılması ilə bağlı Fransa hökuməti ilə razılıq imzalanması təklifini təsdiq edib.

Proparco-nun əsas məqsədi inkişaf etməkdə olan ölkələrə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq çərçivəsində agentlik həmin ölkələrə kredit, kapital, zəmanət və maliyyə mühəndisliyi kimi xidmətlər təklif edir.

Qeyd etmək lazımdır ki, Ermənistanın ZАО «Ameribank»ı Proparco ilə 8 illik kredit sazişi imzalayıb. Həmin sazişə əsasən Fransanın maliyyə inkişafı agentliyi Ermənistan bankını 15 milyon dollarla təmin edəcək. Öz növbəsində həmin vəsait iri və xırda biznes sahələrinin kreditləşdirilməsinə yönəldiləcək.

Nəzərinizə çatdıraq ki, hazırda Fransa Rusiyadan sonra Ermənistanın iqtisadiyyatına küllü miqdarda investisiya yatıran ikinci, Qərb ölkələri arasında isə birinci ölkədir. Yüksək səviyyəli erməni –fransız əməkdaşlığı çərçivəsində Ermənistan ərazisində Fransa kapitalı əsasında fəaliyyət göstərən 150 şirkət var.

İkitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində 2012-ci ilin payızında erməni-fransız biznes-klubu da yaradılıb.

Səbinə Həsənova
Azvision.az



Teqlər:





Xəbər lenti