Ukraynadan son xəbər - Xalq Cəbhəsi öndədir - Yenilənib

Ukraynadan son xəbər - Xalq Cəbhəsi öndədir - Yenilənib
  27 Oktyabr 2014    Oxunub:3182
Ukraynada ötən gün keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda protokolların 50 faizi hesablanıb.

Hazırda baş nazir Arseniy Yatsenyukun liderlik etdiyi “Xalq Cəbhəsi” 21,61%-lə irəlidədir. Ölkə prezidenti Pyotr Poroşenkonun bloku isə seçicilərin 21,45%-nin səsini toplayıb.

Ukrayna MSK-nın məlumatına görə, Radaya daha dörd partiya daxil ola bilib. Bunlar 11,11% səslə Lvov şəhər meri Andrey Sadavovun “Özünəkömək”, 9,76% - lə “Müxalifət bloku”, 7,36% səslə “Oleq Lyaşkonun radikal partiyası” və 5,71% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi
Digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti