Poroşenkonun toxunulmazlığı ləğv edilə bilər
Ölkə konstitusiyasına görə, prezident öz toxunulmazlıq hüququndan səlahiyyətlərinin icrası zamanı istifadə edir.
Lutsenkonun sözlərinə görə, onun partiyası hələ seçkiqabağı kampaniyaya başlamazdan əvvəl xalq deputatlarının, hakimlərin və digər vəzifəli şəxslərin toxunulmazlığının ləğv edilməsi barədə istəyini bəyan edib.
Məlumatda deyilir: "Bununla yanaşı, Lutsenko qeyd edib ki, onun partiyası dövlətin yüksəkvəzifəli şəxsinin [Ukrayna prezidentinin] toxunulmazlığının ləğv edilməsinə səs verməyə hazırdır".
Bazar günü Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Вeş illik müddətə 423 parlamentari seçilib: onlardan 198-i birmandatlı majoritar dairədən, 225-i isə beşfaizlik baryeri keçməklə partiya siyahısı üzrə seçilib.
Protokolların 20,15 faizi hesablandıqdan sonra, seçkilərdə Baş nazir Arseniy Yatsenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası 21,66 faiz səslə liderlik edir, "Petro Poroşenkonun bloku" 21,66 faiz səslə ikincidir. Partiyalar arasında fərq 134 səsdir.
Teqlər: