`Paris görüşü bizi sülhə yaxınlaşdıracaq` - Uorlik

`Paris görüşü bizi sülhə yaxınlaşdıracaq` - Uorlik
  27 Oktyabr 2014    Oxunub:1395
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.

APA-nın məlumatına görə, bu barədə o “Tvitter” mikrobloqunda bildirib.

C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.

“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, - deyə diplomat yazıb.

Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti