Ollanddan yeni Qarabağ təklifi

Ollanddan yeni Qarabağ təklifi
  28 Oktyabr 2014    Oxunub:2321
Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı Dağlıq Qarabağın ətrafında uzun müddət davam edən münaqişəyə son qoymaq üçün Avropanın yeni təklifi barədə danışacaq.

Bu barədə "France Presse" agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer keçən həftə Ermənistana və Azərbaycana Ukraynadakı müharibənin fonunda son aylarda zorakılığın kəskin eskalasiyasından sonra səfər edib.

Agentlik bildirir ki, hər an alovlanmağa hazır olan 20 illik münaqişənin yenidən qan tökülməsinə gətirib çıxarmamsı üçün prezidentlərin görüşü əhəmiyyətlidir və Paris görüşü tərəflər arasındakı gərginliyi azaltmaq üçün də əhəmiyyətlidir.

"Ukraynadakı münaqişə, Krımın Rusiya tərəfindən işğalı vəziyyəti daha da kəskinləşdirir" - deyə Ollanda yaxın olan mənbə agentlyə verdiyi məlumatda bildirib. Mənbənin sözlərinə görə, parisdə keçiriləcək üçtərəfli görüşdə münaqişənin həlli üçün irəliləyiş əldə etmək Olland üçün çətin olacaq.



Teqlər:  





Xəbər lenti