`Avropa İttifaqı dəyişməlidir`- Devid Kemeron
Əlavə ödəniş Aİ ölkələrindəki iqtisadi vəziyyətə yenidən baxıldığı sammit çərçivəsində təyin olunub. Sammit Britaniya iqtisadiyyatının gözlənildiyindən daha yüksək templə inkişaf etdiyini göstərib.
Devid Kemeron deyib: “Avropa İttifaqı dəyişməlidir. Bu ödənişlərin və düzəlişlərin onun vətəndaşlarının vergiləri hesabına edildiyi faktına hörmətlə yanaşmalı və özünə etibarı yenidən qazanmalıdır. Bu, Avropa İttifaqının islahatları ilə bağlı kampaniyamızın gedişində qarşıya çıxan çoxsaylı problemlərdən biridir. Lakin bizim bu kursu davam etdirməyimiz vacibdir”.
Bir neçə Avropa ölkəsi də əlavə haqq ödənişi ilə üzləşib. Lakin onlar üçün ödəniş xeyli kiçikdir. Böyük Britaniya Avropa İttifaqından 2 milyard 100 milyon avroluq ödənişin necə yarandığının təfərrüatını tələb etmək niyyətindədir.
Xatırladaq ki, Avropa İttifaqının büdcəsinə əlavə ödənişlər ətrafında baş verən qalmaqal Aİ-nin bu yaxınlarda keçirilmiş sammitindən sonra başlayıb.
Teqlər: